İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 25.01.2023-cü il tarixində Cəlilabad rayonuna media-tur təşkil olunmuşdur. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarının, eləcə də Avropa İttifaqının nümayəndələrini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi və pasiyentlərin sığorta sistemindən istifadə prosesi ilə yerində tanış olmaqdır.
Türkdilli Dövlətlərin İqtisadçıları Ib olaraq şəxsi müşahidələrimizi təqdim edirik:
Baş direktorun fəaliyyətlərinə müvafiq vətəndaş qəbulu və şikayətlərin,təkliflərin dinlənilməsində, icrasında əlçatanlılıq;
Tibb personelində çeviklik,baş direktorun səyi və əzmləri nəticəsində idarəetmədə müasir metodlardan istifadə etməklə mərkəzləşmənin və təmərküzləşmənin olması;
Peşakar həkim və tibb işçilərinin müntəzəm olaraq xəstəxana personelinə dəvət olunması;
Tibb personalının işində dayanıqlığın və keyfiyyətin qorunması və inkişaf etdirilməsi yönündən müxtəlif tibbi avadanlıqların sifarişi və təchizatı;
Vətəndaş aqqresiyasının həkimləri əlavə (extra) stress altında işləməyə vadar etməsi;
İcbari tibbi sığortanın tətbiqi ilə əhalinin cibdən xərcləri (out of pocket) ərimiş və bunun nəticəsində xəstə olmayan vətəndaşların da müayinə və müalicələrə kütləvi axını həkimlərin iş rejimində əlavə yükə çevrilmiş;
Vətəndaşların növbəlilik prindipinə riayət etmək istəməməsi və nəticədə haqsız aqressiya nümayiş etdirmələri;
Texniki heyyətin vətəndaşlara qarşı səbrlə yanaşması və bu yöndə müxtəlif problemləri operativ qaydada həll etmələri;
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, bütün heyyətinə gələcək işlərində nəaliyyətlər arzu edirik.
Türkdilli Dövlətlərin İqtisadçıları ictimai birliyi olaraq səfər çərçivəsində göstərdiyi dəstəyə görə Agentliyə dərin minnətdarlığımızı bildiririk və fürsətdən istifadə edərək TDİİB ilə Agentlik arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini bundan sonra da birgə səylərimiz nəticəsində uğurla inkişaf etdirmək və genişləndirmək əzmində olduğumuzu bildiririk.
CONVERSATION