İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə layihəsi

“Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır mövzusunda ictimai maarifləndirmə” layihəsi ilə qalib olub.


İctimai Birliyin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın AZƏRTAC-a verdiyi məlumata görə, təşkilat iyulun 1-dən layihənin icrasına başlayıb. 4 aylıq layihə çərçivəsində 2 vebinarın (ZOOM vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulur. Vebinarda Azərbaycanın bu sahə üzrə tanınmış ekspertləri icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda icbari tibbi sığortanın formalaşması xüsusiyyətləri və s. mövzularda çıxışlar edəcəklər, vebinar iştirakçılarının suallarını cavablandıracaqlar.

@AZƏRTAC

CONVERSATION

M