AMEA İqtisadiyyat İnstitutunun bir qrup elmi əməkdaşın həmmüəllifliyi ilə (professor Müşfiq Atakişiyev, i.f.d., dos. Rəsmiyyə Abdullayeva, i.f.d., dos. Pərviz Həsənov, i.f.d. Sevda Seyidova, Jalə Əliyeva, Amalya Allahverdiyeva, Günəş Nəbiyeva, Mələk Əliyeva) “Sosial Tərəqqi İndeksi - 2020: Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” kitabı çap olunub.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva, rəyçiləri AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev və i.f.d., dosent Allahyar Muradovdur.
Kitab Sosial Tərəqqi İndeksi üzrə beynəlxalq müqayisəli araşdırmada (reytinqdə) Azərbaycanın mövqeyinin təhlilinə və yaxşılaşdırılmasına həsr olunmuşdur. Əsərdə sosial inkişafı əks etdirən Sosial Tərəqqi İndeksinin hesablanma metodologiyası qiymətləndirilmişdir. Azərbaycanın göstəriciləri müxtəlif ölkələrin, əsas etibarilə qonşu dövlətlərin müvafiq göstəriciləri ilə müqayisə edilərək, yaxşılaşma potensialı olan göstəricilər müəyyən olunmuş, həmin göstəricilər üzrə Azərbaycanın daha yuxarı pillələrə irəliləyə bilməsi üçün təkliflər verilmişdir.
Müəlliflər ümid edir ki, tədqiqatın nəticələri, təklif və tövsiyələri iqtisadçılarla yanaşı, sosial-iqtisadi siyasət sahəsində qərar qəbul edənlər üçün də maraqlı və faydalı olacaqdır (economics.com.az).
Kitabın elektron variantı
“Sosial Tərəqqi İndeksi - 2020: Azərbaycanın mövqeyinin yaxşılaşdırılması”
(c) AMEA İqtisadiyyat İnstitutu
CONVERSATION