qhtxeber.az
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Türkdilli
Dövlətlərin İqtisadçıları İctimai Birliyi “İcbari tibbi sığorta
sağlamlığınızın qarantıdır” mövzusunda ZOOM proqramı vasitəsi ilə
vebinar keçirib.
Türkdilli Dövlətlərin İqtisadçıları
İctimai Birliyinin sədri, dosent Rəsmiyyə Abdullayeva giriş sözü ilə
çıxış edərək icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat
verib.
Vebinarda AMEA İqtisadiyyat İnstitutunun
direktoru, professor Nazim Müzəffəli (İmanov) “İcbari tibbi sığortaya
keçidin zəruriliyi və onun üstünlükləri”, dos. Allahyar Muradov “İcbari
tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçılar Samir Mahmudov “Sosial
müdafiənin gücləndirilməsində icbari tibbi sığortanın rolu” və Mələk
Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda çıxış
ediblər. Məruzəçilər icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri,
dünya təcrübəsi, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı
sualları cavablandırıblar, geniş müzakirələr aparılıb.
Vebinarda Türkdilli Dövlətlərin
İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali
məktəblərin (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan İqtisad
Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət
Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Kooperasiya
Universiteti) tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət
təşkilatlarının nümayəndələri iştirak ediblər. AMEA-nın müxbir üzvü,
prof. Akif Musayev, Mingəçevir Dövlət Universitetinin prorektoru, prof.
Veysəl Əyyubov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, dos.
Fikrət Quliyev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev,
Azərbaycan Texniki Universitetinin müəllimi Günay Əliyeva və başqaları
icbari tibbi sığorta mövzusunda çıxış ediblər.
CONVERSATION