Beynəlxalq Muğam Mərkəzində 10.12.2019-cu il tarixində Azərbaycanda ölüm
hökmünü ləğv etmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr
olunan sənədli filmintəqdimat mərasimi baş tutmuşdur.
Belə bir filmə görə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədri və deputat Azay Quliyevə və "Obyektiv" milli dəyərlərin təbliğinə dəstək ictimai birliyinə, onun qurucusu Mübariz Əsgərova dərin rəğbətimizi dilə gətiririk.
Belə bir filmə görə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədri və deputat Azay Quliyevə və "Obyektiv" milli dəyərlərin təbliğinə dəstək ictimai birliyinə, onun qurucusu Mübariz Əsgərova dərin rəğbətimizi dilə gətiririk.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr
olunan tədbir keçirib. Tədbirdə Şuranın maliyyə yardımı ilə "Obyektiv"
Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin hazırladığı "Ölüm
hökmü-ömürlük cəza" sənədli filmi ictimaiyyətə təqdim edilib.
Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin
rəhbəri Elməddin Behbud Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı
humanist siyasətdən, Ulu Öndər Heydər Əliyevin ölüm cəzasını ləğv
etməsindən bəhs edən filmin Beynəlxalq insan hüquqları günündə
təqdimatının keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib.
"Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri,
jurnalist Mübariz Əsgərov filmin hazırlanması zərurətindən, ölüm
hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan
danışıb. M.Əsgərov filmdə ölüm hökmü alanların və bu hökmü yerinə
yetirənin həyəcanlı müsahibələrinə geniş yer verildiyini qeyd edib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə
Əliyeva insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin
ən ali məqsədlərindən olduğunu deyib. Səbinə Əliyeva bildirib ki,
1998-ci il fevralın 10-da müasir Azərbaycan dövlətinin banisi olan Ulu
Öndər Heydər Əliyevin ölkəmizdə ölüm hökmünü ləğv etməsi insan
hüquqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ombudsman insan hüquqlarının qorunmasının bu gün də dövlətimiz üçün
prioritet olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
sədri, Milli Məclisinin deputatı Azay Quliyev çıxışında müasir
Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin insan hüquq
və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi misilsiz
fəaliyyətdən bəhs edib. Azay Quliyev Heydər Əliyevin mükəmməl
dövlətçilik konsepsiyası sayəsində ölkəmizdə hüquqi dövlətin
qurulduğunu, vətəndaş cəmiyyətinin bərqərar olduğunu, söz, mətbuat,
vicdan azadlıqlarının təmin olunduğunu vurğulayıb. Şura sədri
Azərbaycanın Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olmasını beynəlxalq
platformalarda hər zaman iftixarla xatırladıqlarını deyib.
İstinad: https://bit.ly/2E2EPYv
CONVERSATION